...

Məzar bronlamaq

Maraqlı Materials 6 Fevral 2015 14:56 (UTC +04:00)
Moskvada internet vasitəsilə qəbiristanlıqlarda yer bronlamaq üzrə xidmət işə salınacaq.
Məzar bronlamaq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Məftun Salmanov/

Moskvada internet vasitəsilə qəbiristanlıqlarda yer bronlamaq üzrə xidmət işə salınacaq. Trend-in cümə günü Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, bunu Moskvanın Ticarət və xidmət departamentinin rəhbəri Aleksey Nemeryuk deyib.

Onun sözlərinə görə, bununla bağlı informasiya sistemi artıq hazırlanıb: "Şəhər sakinləri xidmətdən 2015-ci ilin sonunda istifadə edə biləcəklər".

Departamentin saytında dəfndən üç gün öncə qəbiristanlıqda yer bronlamaq mümkün olacaq. Söhbət yalnız ailəvi dəfnlərdən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti