...

"Türk Hava Yolları"nın rəhbərliyi pilotlarını evlənməyə çağırdı

Maraqlı Materials 17 Aprel 2015 20:09 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkətinin baş direktoru Temel Kotil şirkətdə çalışan subay pilotları evlənməyə çağırıb.
"Türk Hava Yolları"nın rəhbərliyi pilotlarını evlənməyə çağırdı

Azərbaycan, Bakı, 17 aprel /Trend/

"Türk Hava Yolları" aviaşirkətinin baş direktoru Temel Kotil şirkətdə çalışan subay pilotları evlənməyə çağırıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, T.Kotilin fikrincə, bunun sayəsində aviaqəzaların baş vermə ehtimalı azalacaq.

"Germanwings" aviaşirkətinin təyyarəsinin Fransada qəzaya uğramasının səbəblərini araşdırdıqdan sonra "Türk Hava Yolları" rəhbərliyi belə qənaətə gəlib.

Qeyd edək ki, həmin qəzanın səbəbkarı şəxsi həyatında problemləri olan ikinci pilot olmuşdu.

T.Kotil qeyd edib ki, kişi və qadın pilotların həyat tərzi çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti