...

65 milyard dolları olan isveçli yalnız ucuz paltarlar alır

Maraqlı Materials 10 Mart 2016 15:52 (UTC +04:00)
IKEA-nın təsisçisi, 89 yaşlı isveçli İnqvar Kamprad qənaət məqsədilə geyimlərini yalnız ucuz bazarlardan alır.
65 milyard dolları olan isveçli yalnız ucuz paltarlar alır

Bakı. Elçin Hüseynov - Trend:

Dünyanın tanınmış mebel brendlərindən biri olan IKEA-nın təsisçisi, 89 yaşlı isveçli İnqvar Kamprad qənaət məqsədilə geyimlərini yalnız ucuz bazarlardan alır. Bu barədə Trend "Guardian" qazetinə istinadən xəbər verir.

65,5 milyard dolları olan İ.Kamprad ucuz yarmarkalara həvəsi olduğunu haqqında çəkilmiş sənədli filmdə deyib: "Bununla mən yaxşı nümunə göstərmək istəyirəm".

Milyarder bildirib ki, İsveçin Smoland bölgəsindən olan insanlar qənaətcil olmaları ilə seçilirlər.

İsveçli milyarder qeyri-adi vərdişləri ilə seçilir. Məsələn, İ.Kamprad etiraf edir ki, daha ucuz başa gəldiyi üçün bərbərə getməyə zəif inkişaf etmiş ölkələrə səfəri zamanı üstünlük verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti