...

Yeni rekord: İtaliyada 1,8 kilometrlik pizza (FOTO)

Maraqlı Materials 19 May 2016 15:43 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində 1,8 kilometr uzunluğu olan pizza hazırlayıblar.
Yeni rekord: İtaliyada 1,8 kilometrlik pizza (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

İtaliyanın Neapol şəhərində 1,8 kilometr uzunluğu olan pizza hazırlayıblar. Bu barədə Trend "The Local" saytına istinadən xəbər verir.

1,8 kilometrlik pizza yeni dünya rekordudur. 2015-ci ildə Milanda uzunluğu 1,6 kilometr olan pizza hazırlanmışdı.

Yeni rekord üçün isə 2 min ton un, 1,6 min kq pomidor, 2 min ton motsarella pendiri, 200 litr bitki yağı və 30 kq reyhan istifadə olunub.

Pizza 6 saat 11 dəqiqə ərzində hazırlanıb. Daha sonra onu hissələrə bölərək xeyriyyəçi təşkilatlara paylayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti