...

Diş məcunu və saqqız xərçəng xəstəliyi yarada bilər

Maraqlı Materials 24 Yanvar 2017 22:05 (UTC +04:00)
Alimlərin qənaətincə, dioksid titan xərçəngin inkişafına səbəb ola bilər.
Diş məcunu və saqqız xərçəng xəstəliyi yarada bilər

Bakı. Trend:

Fransa və Lüksemburq qastroenteroloqları diş məcunları və saqqızların tərkibində də olan E171 qida boyasının (dioksid titan) təhlükəli olduğunu bildirirlər.

Trend-in məlumatına görə, elmi araşdırma "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin qənaətincə, dioksid titan xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər.

Qeyd edək ki, E171 birləşməsi qidada ağardıcı qismində istifadə olunur. Bu boyaya əsasən şirniyyat, peçenye, saqqız, həmçinin diş məcunları və Günəş şüalarından qoruyan kremlərdə rast gəlmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti