...

Samandan karbon lifi yaradılıb

Maraqlı Materials 27 Yanvar 2018 16:29 (UTC +04:00)
ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçılar qrupu tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb.
Samandan karbon lifi yaradılıb

Bakı. Trend:

ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçılar qrupu tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb.

Trend-in məlumatına görə, alimlər güman edirlər ki, bu, ucuz avtomobillər hazırlamaq, o cümlədən atmosferə atılan karbon dioksidin (CO2) səviyyəsini azaltmağa imkan verəcək.

Karbon lif poladdan beş dəfə daha möhkəm və yüz dəfə yüngül olduğundan, bu materialın istifadə olunduğu avtomobillər əvvəlkilərlə müqayisədə az yanacaq sərf edəcək.

Xəbər lenti

Xəbər lenti