...

Spirtli içkilər bu xəstəlik riskini əhəmiyyətli dərəcədə artırır

Maraqlı Materials 27 İyun 2025 14:33 (UTC +04:00)
Spirtli içkilər bu xəstəlik riskini əhəmiyyətli dərəcədə artırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Alkoqoldan həddən artıq istifadə beyinin ciddi zədələnməsi və Alzheymer xəstəliyi riskini artırır. Belə bir nəticəyə San-Paulu Universitetindən olan tədqiqatçılar gəlib. Onlar tədqiqatın gedişində, 1781 autopsiya (meyit yarılması) və ölənlərin qohumlarının onların spirtli içki qəbulu ilə bağlı təqdim etdiyi tarixçə məlumatlarından istifadə ediblər.

Trend xəbər verir ki, tədqiqatın nəticələri “Neurology” nəşrində dərc olunub.

Tədqiqat göstərib ki, müntəzəm spirtli içki qəbul edən insanlarda beyin damarlarının zədələnmə riski içməyənlərlə müqayisədə 133 faiz daha yüksəkdir. Hətta sonradan spirtli içki qəbulunu dayandıranlarda belə bu risk yüksək olaraq qalıb (89 faiz).

Hətta spirtin mülayim istehlakı da fəsadsız ötüşməyib: spirtli içkidən az istifadə edən şəxslərdə belə bir riskin 60 faiz civarında olduğu deyilir.

Bundan əlavə, spirtli içkilərdən tez-tez istifadə edən insanlarda Alzheimer xəstəliyinin əsas göstəricilərindən biri hesab olunan teta zülalların (tau-proteinlərin) yaranma ehtimalı içki qəbul etməyənlərlə müqayisədə 41 faiz daha yüksək olub. İçkini tərgidənlərdə bu risk 31 faiz artımla müşahidə olunub. Araşdırma, həmçinin, göstərib ki, belə insanlar orta hesabla 13 il daha tez vəfat edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti