Bakı. Trend:
Çin alimləri Ayda dəqiq vaxt ölçməyə və onu Yer planetinin vaxtı ilə sinxronlaşdırmağa imkan verən dünyanın ilk proqram təminatını hazırlayıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu texnologiya sürətlə inkişaf edən qlobal Ay yarışı şəraitində Ayda naviqasiyanı daha dəqiq təmin etməyə imkan verəcək.
Ayda saatlar Yer saatlarından bir qədər fərqli işləyir, çünki Ayın cazibə qüvvəsi daha zəifdir – gündə təxminən 56 milyonda bir saniyə fərq yaranır. Bu təsir kiçik olsa da, zamanla yığıldıqca Yer vaxtının Ayda işlər üçün etibarlılığını azaldır.
Bu problemi həll etmək üçün Nancin Ziczinşan Müşahidə Mərkəzindən olan tədqiqatçılar qrupu Ayın zəif cazibəsini və Yer peykinin kosmosdakı hərəkətini nəzərə alan model hazırlayıb, beləliklə Ayda baş verən hadisələri Yer saatları ilə dəqiq sinxronlaşdırmaq mümkün olub.
