...

Dağlıq Qarabağ münaqişəsinin həlli Kosovonun statusu ilə bağlı ABŞ-ın mövqeyindən aslıdır- Federasiya Şurasının MDB üzrə Komitəsinin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2007 16:01 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli Kosovonun statusu ilə bağlı ABŞ-ın mövqeyindən aslıdır- Federasiya Şurasının MDB üzrə Komitəsinin sədri

Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova/ Federasiya Şurasının MDB üzrə Komitəsinin sədri Vadim Qustov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Kosovonun statusu ilə bağlı ABŞ-ın tutacağı mövqedən aslıdır.

Kosovonun gələcək statusu ilə bağlı tərəflərin mövqelərində əhəmiyyətli dəyişiklik baş verməyib. Priştina əvvəlki kimi ölkəyə tam müsləqillik verilməsini, BMT-yə və digər beynəlxalq təşkilatlara tam hüquqlu üzv qəbul edilməsini tələb edir.

Çərşənbə axşamı Bakı və Moskva arasında video-körpü zamanı Qustov qeyd edib ki, Kosovo məsələsini Belqradın mövqeyini nəzərə almadan həll etmək istəyilər.

ABŞ və Avropa İttifaqı qeyri-məhsuldar danışıq prosesini tezliklə qurtarmağa çalışır, Rusiya isə, danışıqların davam etdirilməsi barədə Belqradın tələbini dəstəkləyir. "Rusiya Kosovonun müstəqilliyini istəmir, çünki Kosovonun müstəqilliyinin tanınması mənfi nəticələr törədə bilər" - deyə Qustov qeyd edib.

Qustovun sözlərinə görə, Kosovonun müstəqilliyi, ilk növbədə, özünü Dnestryanı və Dağlıq Qarabağda göstərəcək. "Bu qurumlar da müstəqillik istəyəcək və vəziyyət daha da gərginləşəcək. Bu səbəbdən də, Rusiya hesab edir ki, Kosovoda sülhməramlı qüvvələr saxlamaq daha yaxşı olardı" - deyə Qustov bildirib.

BMT-nin Təhlükəsizlik Şurası dekabrın 10-da Kosovonun statusu ilə bağlı yekun qərar qəbul etməlidir.

Xəbər lenti

Xəbər lenti