Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 27-də saat 10.05-dən 10.30-dək, 11.30-dan 11.45-dək, 13.25-dən 13.30-dək, 18.10-dan 18.25-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber və Panavakar kəndi, Noyemberyan rayonu Şavarşavan kəndi ərazisində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Fərəhli kəndi ərazisində və Gədəbəy rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 12.50-dən 13.20-dək, 16.16-dan 16.35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.15-dən 15.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.40-dan 19.50-dək, 21.00-dan 21.10-dək Tərtər rayonunun Çaylı, Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.30-dan 18.55-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında və adsız adsız yüksəkliklərdə yerləşən mövqelərdən, noyabrın 28-də saat 01.30-dan 01.40-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.25-dən 01.30-dək Xocavənd rayonunun Kurapatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.45-dən 02.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 02.55-dək Füzuli rayonunun Aşağı Seyidsulam kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 03.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.