...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2009 09:44 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 15-də saat 10.30-dan 10.50-dək, 13:00-dan 13:15-dək və 20.30-dan 20.55-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17:15-dən 17:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəklikldə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti