...

Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər açılmayacaq – Türkiyənin Baş naziri (ƏLAVƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2009 14:58 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər açılmayacaq – Türkiyənin Baş naziri (ƏLAVƏ)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir R.Hafizoğlu /  

"Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər açılmayacaq", - cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Londonda G-20 sammitinin yekunları üzrə mətbuat konfransında deyib. CNN Turk xəbər verir.

ABŞ Prezidenti Barak Obamanın aprelin 6-7-də Türkiyəyə rəsmi səfəri zamanı Türkiyə-Ermənistan sərhədinin açılışı, eləcə də Ankara və Vaşinqton arasındakı digər məsələlər müzakirə ediləcək. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.

"Türkiyə" hər hansı bir ölkəyə düşmən münasibət bəsləmir, lakin çox təəssüf ki, Türkiyəyə belə münasibət bəslənilir. "Erməni soyqırımı" problemi hələ də mövcuddur", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçını izləmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır. 

"Türkiyə 1915-ci il hadisələrini heç vaxt soyqırım səviyyəsinə çatdırmayıb, lakin erməni lobbisi hələ də "soyqırım" sözünü işlədir və bu problemi beynəlxalq səviyyədə müzakirə etməyə davam edir", - Türkiyənin Baş naziri qeyd edib.

"Hələ 2005-ci ildə mən Ermənistan Prezidenti Robert Koçaryana "soyqırım"ın tədqiq olunması üzrə ümumi komissiyanın yaradılması vacibliyinin qeyd olunduğu məktub göndərdim, lakin çox təəəssüf ki, məktuba cavab gəlmədi", -deyə o, bildirib.

Ərdoğanın sözlərinə əsasən, Türkiyə erməni tərəfinin iddiasını heç vaxt qəbul etməyəcək.

Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında problemlər mövcuddur, bu, ATƏT-in Minsk Qrupunun Dağlıq-Qarabağ münaqişəsini həll etməməsi ilə bağlıdır.

"Bu problem həll olunmadıqca Türkiyə də Ermənistan sərhədinin açılması ilə razılaşmayacaq" - Baş nazir Ərdoğan qeyd edib.

Ankara bu məsələni Azərbaycan və Ermənistan həmkarları ilə müzakirə edib, lakin ABŞ, Rusiya və Fransa da münaqişənin həll olunması prosesini tezləşdirməlidir. "Türkiyə hər zaman regionda sülhün tərəfdarı olub, buna görə də Qafqazda münaqişənin həll olunması təşəbbüsü ilə çıxış edir", - Baş nazir bildirib.

Ərdoğanın fikrincə, Türkiyə Qafqaz təşəbbüsü ilə çıxış etməsəydi, Gürcüstan və Rusiyanı da Trükiyə-Ermənistan münasibətlərindəki aqibət gözləyirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti