...

Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2009 11:39 (UTC +04:00)
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün görüşəcəklər. Ermənistanın Apostol və Rusiyanın Pravoslav kilsələrinin başçıları, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilin də qoşulması ilə üçtərəfli görüşün davam etdirilməsi planlaşdırır. Bu barədə Ermənistan KİV yazır.
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün görüşəcəklər. Ermənistanın Apostol və Rusiyanın Pravoslav kilsələrinin başçıları, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilin də qoşulması ilə üçtərəfli görüşün davam etdirilməsi planlaşdırır. Bu barədə Ermənistan KİV yazır. 

Bu razılıq bütün erməni katolikosu II Qaqerinin patriarx Kiril ilə Ermənistanın Moskvadakı kilsəsinin başçısının səfəri çərçivəsində keçirilən görüşü zamanı əldə olunub.

Bütün erməni katolikosu iyulun 14-16-da Moskvada səfərdə olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti