...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 12:04 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq baş tutub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 10-da Azərbaycanın Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.

Xəbər lenti

Xəbər lenti