...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2011 10:49 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 24 mart /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 23-də saat 20:30-dan 20:40-dək Ermənistanın İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 08:55-dən 09:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:00-dan 20:15-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti