...

Ermənilər tərəfindən 13 yaşlı azərbaycanlı uşağın vəhşicəsinə öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2011 12:02 (UTC +04:00)
Ermənilər tərəfindən 13 yaşlı azərbaycanlı uşağın vəhşicəsinə öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Ermənilər tərəfindən 13 yaşlı azərbaycanlı uşağın vəhşicəsinə öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ermənilər tərəfindən 13 yaşlı azərbaycanlı uşağın vəhşicəsinə öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Tovuz rayon prokurorluğunun müstəntiqi Asif Allahverdiyev Trend-ə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə (120.2.12-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər.

1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti