...

Rasim Musabəyov: Rusiya tərəfi anlayır ki, Dağlıq Qarabağla bağlı vəziyyəti olduğu kimi saxlamaq qeyri-mümkündür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2011 17:23 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi fəallıq Rusiyanın hazırkı siyasəti ilə bağlıdır.
Rasim Musabəyov: Rusiya tərəfi anlayır ki, Dağlıq Qarabağla bağlı vəziyyəti olduğu kimi saxlamaq qeyri-mümkündür

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi fəallıq Rusiyanın hazırkı siyasəti ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında politoloq Rasim Musabəyov bildirib.

"Rusiya tərəfi anlayır ki, vəziyyəti olduğu kimi saxlamaq qeyri-mümkündür", - Musabəyov əlavə edib.

O bildirib ki, Rusiya Azərbaycanın güclənməsi fonunda Ermənistanın zəiflədiyini açıq şəkildə görür. Onun sözlərinə görə, Rusiya Ermənistana pul xərcləsə və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasa, Rusiyanın Azərbaycana olan bir çox müraciətləri cavabsız qalacaq, Rusiya zərərkəçən tərəf olacaq.

"Vəziyyət belə davam etsə, Azərbaycan Ermənistanı tam çökdürəcək. Bunun qarşısını almaq üçün Rusiya Ermənistana xeyli pul xərcləməlidir. Bu isə Rusiyaya xeyir vermir, əksinə, zərərinədir. Rusiyanın marağı odur ki, münaqişənin həlli ilə bağlı irəliləyiş əldə olunsun", - politoloq vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti