...

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Dövlət bayrağı endirildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2012 17:01 (UTC +04:00)
Bu gün saat 17:00-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Dövlət bayrağı endirilib, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Dövlət bayrağı endirildi

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bu gün saat 17:00-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Dövlət bayrağı endirilib, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Trend-in məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti