...

ATƏT-in fəaliyyətdə olan sədri Xankəndi aeroportunun açılmasının danışıqlar prosesini çətinləşdirəcəyini bəyan edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2012 14:54 (UTC +04:00)
Xankəndi aeroportunun qarşılıqlı razılıq olmadan açılması danışıqlar prosesində şəraiti çətinləşdirəcək və danışıqlar prosesinə yaxşı heç nə vəd vermir.
ATƏT-in fəaliyyətdə olan sədri Xankəndi aeroportunun açılmasının danışıqlar prosesini çətinləşdirəcəyini bəyan edib

Azərbaycan, Bərdə, 10 oktyabr /Trend, müxbir Ş.Cəliloğlu/

Xankəndi aeroportunun qarşılıqlı razılıq olmadan açılması danışıqlar prosesində şəraiti çətinləşdirəcək və danışıqlar prosesinə yaxşı heç nə vəd vermir.

Trend-in məlumatına görə, bunu çərşənbə günü qoşunların təmas xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xankəndi aeroportunun yerləşdiyi ərazi Azərbaycanın suveren ərazisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti