...

Azay Quliyev: İnanmıram ki, Avstraliyanın hər hansı bir ştatının Azərbaycandakı hadisələr haqqında doğru-düzgün məlumatı olsun

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2012 14:14 (UTC +04:00)
Avstraliyanın hər hansı bir ştatının Azərbaycanda və regionda baş verən hadisələr haqqında məlumatı olması inandırıcı deyil.
Azay Quliyev: İnanmıram ki, Avstraliyanın hər hansı bir ştatının Azərbaycandakı hadisələr haqqında doğru-düzgün məlumatı olsun

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Avstraliyanın hər hansı bir ştatının Azərbaycanda və regionda baş verən hadisələr haqqında məlumatı olması inandırıcı deyil. Bu barədə Trend-ə Azərbaycanlı millət vəkili Azay Quliyev Avstraliyanın Yeni Cənubi Uels ştatının (New South Wales) Parlamentinin guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanınması ilə bağlı qərarı barədə Ermənistan KİV-lərində yayılan məlumatlara münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bu məlumatsızlıqdan istifadə edən ermənilər planetin ən ucqar nöqtələrində yerləşən ölkələrdə iş aparırlar və həmin ölkələrin ya mərkəzi hakimiyyətini, ya yerli hakimiyyətini və ya hər hansı bir rəhbərini aldatmağa çalışırlar.

Quliyev bildirib ki, ermənilər yalanlarla, əsassız faktlar verməklə onları inandırmağa çalışırlar ki, guya Dağlıq Qarabağ müstəqil bir dövlətdir və onun Dağlıq Qarabağda yaşayanların öz müqəddaratını təyin etmə hüququnu tanımaq lazımdır.

"Buna görə də biz birinci növbədə bunu erməni yalanının, erməni uydurmasının və erməni fitnəkarlığının bir nəticəsi kimi qəbul etməliyik", - Quliyev deyib.

Məsələnin hüququ tərəfinə gəldikdə o, qeyd edib ki, bunun heç bir əsası yoxdur və bu, qanunsuz yanaşmadır.

"Hər hansı bir vilayət hansısa bir bölgədə əhalinin öz müqəddaratını təyin edib etməməsini müəyyənləşdirə bilməz. Bunun üçün beynəlxalq hüquq normaları var, BMT-nin sənədləri, Helsinki Yekun Aktı var", - millət vəkili bildirib.

O qeyd edib ki, bütün bu sənədlər və Azərbaycanın qoşulduğu bütün beynəlxalq konvensiyalar birmənalı şəkildə separatçı hərəkətləri pisləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti