...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bir neçə istiqamətdə atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2012 09:34 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bir neçə istiqamətdə atəşkəs pozulub

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bir neçə istiqamətdə atəşkəs pozulub.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz, Ağdam rayonunun Cəvahirli və Kəngərli, Tərtər rayonunun Qızıloba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti