...

Almaniyalı deputat: Xocalı aeroportunun yenidən açılması münaqişəni daha da alovlandırar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2013 13:58 (UTC +04:00)
Almaniya Bundestaqının deputatı Marko Vandervitz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı aeroportu məsələsinə dair bəyanat verib.
Almaniyalı deputat: Xocalı aeroportunun yenidən açılması münaqişəni daha da alovlandırar

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Almaniya Bundestaqının deputatı Marko Vandervitz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı aeroportu məsələsinə dair bəyanat verib.

"Xocalı aeroportunun yenidən açılması bir tərəfdən sülh prosesini əngəlləyər, digər tərəfdən isə münaqişəni daha da alovlandırar", - Avropa-Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bunu Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından millət vəkili, Hüquq komitəsinin üzvü, fraksiyanın Gənclər qrupunun sədri Marko Vandervitz Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Cəmiyyətin sualına münasibət bildirərkən deyib.

"Almaniya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının davam edən işğalını qınayan və Ermənistan qüvvələrinin dərhal həmin ərazilərdən çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Ölkənin ərazi bütövlüyü çox vacibdir. Dağlıq Qarabağ Azərbaycanın hissəsidir", - Vandervitz bildirib.

Onun sözlərinə görə, Almaniya uzun müddətdir ki, Azərbaycanın partnyoru kimi bu münaqişənin həllinə çalışır: "Biz münaqişə ilə əlaqədar çox narahatıq və problemin həllinə fəal olaraq yardım etməyə çalışırıq. Almaniya çoxmilli çərçivədə münaqişənin sülh yolu ilə həlli istiqamətində işləməkdə davam etmək arzusundadır. İyirmi il ərzində edilən səylərdən sonra Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in institutları müstəvisində axır ki, məsələnin həllinə nail olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti