...

Ermənilər Azərbaycan ərazilərini "yanğın terroru"na məruz qoyurlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2013 18:38 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gecə kəndətrafı otlaq sahələri ermənilər tərəfindən yandırılıb. Gün ərzində davam edən yanğın nəticəsində neytral zonada 5 ha-dan çox sahə yanıb.
Ermənilər Azərbaycan ərazilərini "yanğın terroru"na məruz qoyurlar

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İzzət/

Tovuz rayonunun Əlibəyli kəndi erməni terroru ilə üz-üzə qalıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gecə kəndətrafı otlaq sahələri ermənilər tərəfindən yandırılıb. Gün ərzində davam edən yanğın nəticəsində neytral zonada 5 ha-dan çox sahə yanıb.

Ümumiyyətlə, son günlər Tovuzda erməni silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması hallarına tez-tez rast gəlinir. Ötən gün səhər saatlarından başlayaraq isə cəbhənin bu istiqamətində ermənilər yanğınlar da törədiblər. Tovuz rayonunun Əlibəyli və Hacallı kəndləri istiqamətində neytral zonada istifadə olunmayan torpaq sahələrindəki quru otlaqlar yandırılıb. Yanğın gecə saatlarınadək davam edib.

Əlibəyli Bələdiyyəsinin sədri Şahvələd Əliyev bildirib ki, kənd ermənilər tərəfindən yanğınla yanaşı, atəşə də məruz alır: "Birinci yanğın bu gün baş verib. Yanğın bütün günü davam edib. Sentyabrın 4-də isə bizim kəndi güclü atəşə tutdular. Atışma nəticəsində bir gəncimiz ağır yaralandı".

Əlibəyli kəndi istiqamətində atəşkəsin intensiv şəkildə pozulması xoşbəxtlikdən insan tələfatı ilə nəticələnməsə də, insanların həyatına təsirsiz ötüşmür. Belə ki, burada yaşayış evlərinin damından tutmuş darvazasına kimi güllə izlərinə rast gəlinir. Yerli sakinlər neytral ərazidəki sahələrin də ermənilər tərəfindən xüsusi yandırıcı güllələrlə yandırıldığını bildirirlər.

Yanğınlar zamanı güclü mina partlayışları da müşahidə olunur. Sakinlərin sözlərinə görə, bu cür hallar mütəmadi olaraq baş verir.

Qeyd edək ki, bir neçə gün öncə Əlibəyli kəndində bir nəfər mülki şəxs həyatyanı sahəsində çalışdığı zaman erməni snayperi tərəfindən vurulub. Güllə 28 yaşlı Adil Musayevin çiyin nahiyəsindən dəyib. Xəsarət alan gənc Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sakinlərin sözlərinə görə, son bir ayda cəbhənin bu bölgəsində atəşkəs rejimi tez-tez pozulur və hər dəfə də düşmən Azərbaycan Ordusunun cavab atəşi ilə susdurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti