...

Erməni silahlıları cəbhənin altı istiqamətində atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2014 09:33 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Erməni silahlıları cəbhənin altı istiqamətində atəşkəsi pozublar

Azərbaycan, Bakı, 14 may /Trend/

Erməni silahlıları cəbhənin altı istiqamətində atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti