...

Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlər qətlə yetirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyun 2014 11:49 (UTC +04:00)
"Azərbaycan terrorizmdən əziyyət çəkən dövlətdir". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Yaxın Şərq Xəbərlər Agentliyinə müsahibəsində deyib.
Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlər qətlə yetirilir

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir S.Ağayeva/

"Azərbaycan terrorizmdən əziyyət çəkən dövlətdir". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Yaxın Şərq Xəbərlər Agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan erməni terror təşkilatları tərəfindən terrora məruz qalıb, eləcə də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlər qətlə yetirilir.

E.Məmmədyarov Azərbaycanın terrorizmə qarşı beynəlxalq səyləri dəstəklədiyini və bu sahədə Misirlə əməkdaşlığın faydalı ola biləcəyini deyib.

O, Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyən mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.

Nazir İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələrin və Qoşulmama Hərəkatının münaqişənin həll ilə bağlı ifadə etdiyi mövqenin yüksək qiymətləndirildiyini deyib.

Müsahibə əsnasında E.Məmmədyarov ölkəmizin Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Yaxın Şərq, Afrika və Asiyada humanitar layihələr həyata keçirdiyini və davamlı inkişafa və sabitliyə töhfə verdiyini bildirib.

Nazir Azərbaycanın qonşu ölkələr, Şərqi və Mərkəzi Avropa regionu və Asiyada investisiya layihələri ilə çıxış etdiyini və Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrildiyi barədə də ətraflı danışıb.

E.Məmmədyarov Azərbaycanla Misir arasında dostluq və əməkdaşlıq əlaqələrinin müştərək iradə və tarixi münasibətlər əsasında daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanla Misir arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir iki ölkə arasında turizm və energetika sahələri daxil olmaqla, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verən E.Məmmədyarov ölkəmizin qarşıdan gələn onillik ərzində inkişaf etmiş ölkələr sırasına daxil olmağa səy göstərdiyni söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti