...

Ərdoğan: Türkiyə Ermənistanla sərhədləri açmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2015 10:35 (UTC +04:00)
Türkiyə Azərbaycanın işğal edilmiş əraziləri azad olunmayanadək Ermənistanla sərhədlərini açmayacaq.
Ərdoğan: Türkiyə Ermənistanla sərhədləri açmayacaq

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Azərbaycanın işğal edilmiş əraziləri azad olunmayanadək Ermənistanla sərhədlərini açmayacaq. Trend "Star" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Prezident vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qınayır.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi barədə danışarkən Ərdoğan qeyd edib ki, əgər Rusiya və ABŞ istəsə, münaqişənin tənzimlənməsi məsələsi çox tez həll edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti