...

Böyük Britaniya Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2015 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Böyük Britaniya Dağlıq Qarabağı dövlət kimi tanımır və müvafiq olaraq qarşıdakı qondarma "seçkilər"in hüquq çərçivələrini qəbul etmir.

Bunu Trend-ə Böyük Britaniya Xarici İşlər Nazirliyindən (XİN) Dağlıq Qarabağda bu il mayın 3-nə planlaşdırılan qondarma "parlament seçkiləri"ni şərh edərkən deyiblər.

XİN-dən bildiriblər ki, Böyük Britaniya hökuməti ATƏT-in Minsk qrupunun və bütün tərəflərin təhdiddən imtina, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etmə prinsipləri əsasında münaqişənin davamlı həllinin əldə edilməsi üzrə səylərini dəstəkləyir: "Biz Aİ-nin Dağlıq Qarabağda qarşıdakı "seçkilər"lə bağlı 12 mart tarixli bəyanatını tam dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti