...

Britaniyalı deputat: "Saakyanın dəvət olunduğunu eşidəndə şoka düşdüm"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2015 16:45 (UTC +04:00)
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Blekmen qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.
Britaniyalı deputat: "Saakyanın dəvət olunduğunu eşidəndə şoka düşdüm"

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Blekmen qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.

Millət vəkili Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavabında "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktuba ilə müraciət etdiyini deyib. Bu barədə Trend-ə TEAS-dan məlumat verilib.

Etiraz məktubunda deyilir: "Hələ ötən həftə mənə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş kitabın təqdimatında iştirak etmək nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin dırnaqarası prezidenti Bako Saakyanın "Chatham House"da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə şoka düşdüm. Böyük Britaniya höküməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökümət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi olaraq, "Chatham House" kimi nüfuzlu bir instituta belə bir arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün Sizə müraciət edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti