...

"Strategic Outlook" mərkəzi: Azərbaycan Ermənistana layiqli cavab verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 16:29 (UTC +04:00)
Azərbaycan Ermənistana layiqli cavab verdi. Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.
"Strategic Outlook" mərkəzi: Azərbaycan Ermənistana layiqli cavab verdi

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Ermənistana layiqli cavab verdi. Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin istənilən hücumunu dəf etməyə hazırdır.

M.F.Öztarsu qeyd edib ki, qoşunların təmas xəttində son hadisələrdən sonra Ermənistan tərəfi Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı: "Azərbaycan bu istiqamətdə də ermənilərin antiazərbaycan kampaniyasına qarşı uğurla dayana bildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti