...

Məmmədyarov: Lavrovun verdiyi informasiya nikbinlik yaradır (YENİLƏNİB 3)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2016 10:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlar zamanı həm ikitərəfli əməkdaşlığın səviyyəsi müzakirə edilib, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Məmmədyarov: Lavrovun verdiyi informasiya nikbinlik yaradır  (YENİLƏNİB 3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:56-da yayılıb)

Bakı. Səba Ağayeva – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlar zamanı həm ikitərəfli əməkdaşlığın səviyyəsi müzakirə edilib, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı S.Lavrovla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, S.Lavrovun verdiyi informasiya nikbinlik yaradır.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mərhələli irəliləmək lazımdır.

E.Məmmədyarov əlavə edib ki, münaqişənin hərbi yolla həlli bütün region üçün böyük təhlükə törədir.

Onun sözlərinə görə, hazırda danışıqlar masasındakı həll edilməmiş formulirovkalar və bəndlər üzərində iş gedir: "Hazırda Rusiya və Azərbaycan arasında qaşılqlı fəaliyyət səviyyəsi çox yüksəkdir. İqtisadi tərkib hissəsi çox maraqlıdır".

Nazir əlavə edib ki, Dağlıq Qarabağ üzrə danışıqlar əyani və substantiv gedir və qalan məsələlərin həll edilməsi halında gələcəyə ehtiyatla nikbin baxmaq olar: "Prezidentlərin növbəti görüşünə gəlincə, konret qərar daha sonra qəbul ediləcək. Bunun Fransa və ya başqa ölkədə olacağı hələ aydın deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti