...

ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2017 22:18 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması hallarından narahatdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin rəsmi bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "ABŞ ötən həftə təmas xəttində itki ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatdır. ABŞ tərəfləri təmas xəttində gərginliyin azaldılmasına çağırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti