...

Binəqədidə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2018 17:38 (UTC +04:00)
“Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilib.
Binəqədidə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavin Aygün Əliyeva, Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin müstəntiqi, ədliyyə polkovnik leytenantı Vaqif İsmayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, əməkdar müəllim Musa Quluzadə, Milli Qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı, Xocalı sakini Şəkibə Novruzova, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllülər iştirak ediblər. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb.

Tədbirin aparıcısı Xocalı faciəsi haqqında məlumat verdikdən sonra çıxış üçün söz Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin müstəntiqi, ədliyyə polkovnik leytenantı V.İsmayılova verilib. V.İsmayılov Ermənistan rəsmilərinin münaqişə zamanı törətdikləri cinayətləri ört-bastır etdiklərini, Xocalı əhalisinə qarşı amansız vəhşiliklərə görə məsuliyyəti inkar etdiklərini, faktarı saxtalaşdırmağa çalışdıqlarını deyib. Daha sonra çıxış üçün söz Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı Xocalı sakini Ş.Novruzovaya verilib. Ş.Novruzova həmin günlərin hər kəsin qəlbində və xatirələrində əbədi yaşayacağını söyləyib. Natiq indi Azərbaycanın güclü rəhbəri və güclü ordusu olduğunu, düşmənlərin tezliklə laiqli cavablarını alacağına inandığını deyib. Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, əməkdar müəllim M.Quluzadə Xocalı soyqırımının 20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biri olduğunu, bu faciənin sadəcə Azərbaycan əhalisinə qarşı törədilmədiyini, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayət olduğunu bildirib.

Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva bu gün Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması üçün ölkəmiz tərəfindən böyük işlər görüldüyündən danışıb. Natiq Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanıdılması üçün həyata keçirilən “Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının bu səpkidə atılan ən böyük addımlardan olduğunu deyib. A. Əliyeva Aprel döyüşlərində ordumuzun göstərdiyi əzmin xalqımıza zəfərin düşmənə isə məğlubiyyətin yaxın olduğunu hiss etdirdiyi fikrini səsləndirib.

Sonda tədbir iştirakçılarına Binəqədi Mərkəzi Mədəniyyət evinin “Poeziya dərnəyi”nin ifasında Mətanət Ulu Şirvanlının əsərinin motivləri əsasında hazırlanmış “And iç əsgər” kompozisiyası təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti