Leyla Abdullayeva: Görünür Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir

Leyla Abdullayeva: Görünür Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir

Bakı. Trend:

Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması ilə bağlı açıqlamasını Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva şərh edərkən deyib.

L. Abdullayeva bildirib ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır və bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan artıq insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 1992-ci 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur:

"Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir".

XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Rusiya prezidentləri səviyyəsində keçirilmiş çoxsaylı görüşlərdə Azərbaycanın bu istiqamətdə fəaliyyət və səyləri Rusiya tərəfindən yüksək qiymətləndirilir.

L.Abdullayeva əlavə edib ki, Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisələri vardır. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar:

"Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb:

Mətbuat Xidmətinin rəhbərinin sözlərinə görə, əfsuslar olsun ki, bu ilk dəfə deyil ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir:

"Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. RF XİN mətbuat katibi bəyan edib ki, “Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir”. Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.

Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcəkdir. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya Prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir".

Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər
Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər
Daha bir həkim koronavirusa yoluxdu
Daha bir həkim koronavirusa yoluxdu
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Loading Bars
Xəbər lenti
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tehranın qərbində partlayış səsləri eşidilib
Moskvada koronavirusdan daha 28 nəfər ölüb
Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi
ABŞ Çinin dörd vətəndaşına və bir təşkilatına sanksiya tətbiq edib
Salyanda yanğın baş verib
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)
AZAL Kiyevdən çarter reysi yerinə yetirib
Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər
Rusiya pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana mütəxəssislər göndərməyi planlaşdırır
Futbol üzrə avrokubokların 1/8 final mərhələsinin oyunları tamaşaçısız keçiriləcək
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir
Türkiyədə koronavirusdan sağalanların sayı 190 min nəfəri ötüb
6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik
“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)
"Tesla" şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Qoşulmama Hərəkatının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib
Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 431 sayda araşdırma aparılıb
Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib (VİDEO)
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü
İranda koronavirusla bağlı rekord qeydə alındı: Daha 221 nəfər öldü
Sabunçuda 4 otaqlı ev yanıb
Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
BMT rəhbərliyi Azərbaycana müstəsna qabiliyyətli ölkə kimi baxır - Aydın Quliyev
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Daha bir həkim koronavirusa yoluxdu
Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir
Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində altıncı “Açıq qapı” günü keçirilib (FOTO)
Ağsuda taxıl sahəsi yanır
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Qubada "Pandemiya dövründə insan hüquqlarının müdafiəsi və multikultural dəyərlərin təbliği" mövzusunda videokonfrans keçirilib
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər – Ekspert
DİM bakalavarlara xəbərdarlıq etdi
İyulun 10-da dolların manata qarşı məzənnəsi
Sosial tədbirlər əhalinin 48%-ni əhatə edib - Nazir (FOTO)
Cənubi Koreyada sərxoş sürücü üç idmançını öldürdü
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
"Azəriqaz" 200 yeni smart tipli sayğac gətirdi
Sumqayıt yolunda yeni geridönmə hissə yaradıldı (FOTO)
Sərt karantin rayonlarından Oğuza istirahətə gələnlər aşkarlanıb
AzMİU-da onlayn “Məzun günü” keçirilib (FOTO)
Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır: Baş nazir Şri Narendra Modi
Ekspert: Kredit-zəmanət mexanizmi sahibkarlıq üçün ciddi dəstəkdir
Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb
Azərbaycan AŞ Nazirlər Komitəsinin komitə iclasında təmsil olunub
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunu əldə edib
İlk 6 ayda Texniki Şuralar vasitəsilə 886 müraciətə baxılıb
Elektron Kredit Platforması iqtisadiyyata investisiya axınını sürətləndirir
Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ
Carlsberg Azerbaijan və AzərŞəkər pivəlik arpa yığımını həyata keçirdi (FOTO/VİDEO)
Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiq edilib
AQTA 84 obyektdə qanun pozuntusu aşkarlayıb (FOTO)
Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib - Fərman
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi (FOTO)
Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi
DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib (FOTO)
Bakıda məhkəmə hakimi dünyasını dəyişdi
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
Prospektdə baş verən qəza tıxaca səbəb olub
Arye Qut: Son illər Diasporla İş üzrə Dövlət Komitəsi açıq platformaya çevrilib, artıq bu müstəvidə çox ciddi fikir mübadiləsi aparmaq mümkündür
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO)
Son 17 ildə Azərbaycanda səhiyyə xərcləri 20 dəfəyədək artıb – Tahir Mirkişili
Yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib
Tekstil sənayesinin Türk Şurası ölkələrinin inteqrasiyasındakı rolu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
MİDA iyunun 30-da keçirilən mənzil seçiminin nəticələri barədə statistik məlumatları açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb
Türkiyədə pirotexnika daşıyan maşın partladı - Ölənlər var
DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı (YENİLƏNİB)
Onlayn müsahibələrin keçirilmə tarixi açıqlanıb
Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO)
Komitə sədri: ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana təyziq etmək əvəzinə, Azərbaycana tələb irəli sürməsi həmin qrupa inamı tamamilə sarsıdıb
Sabah Bakıda güclü külək, rayonlarda dolu, leysan gözlənilir
Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır
Samuxda piknik edənlər cərimələnib (FOTO)
Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər
Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib
Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU
Şabran və Siyəzəndə çəyirtkələrin kənd təsərrüfatına ziyan vurmasının qarışısı alınıb (FOTO)
Mal-qara oğurları saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcək - RƏSMİ
120 min şəxsə elektron qaydada fərdi hesab açılıb
Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı
Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadır
Azərbaycan nefti ucuzlaşıb
Onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatıb
Kürdəmir sakini külli miqdarda heroin daşıyarkən yaxalandı (FOTO)
Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması davam edir (FOTO)
DTX-nın həbs etdiyi XİN əməkdaşlarının şikayətləri rədd edildi
Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələndi (VİDEO)
Bütün xəbərlər