...

Qəbələdə şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2020 18:03 (UTC +04:00)
Qəbələdə şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb (FOTO)

Bakı. Trend:

İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlərdə general-mayor Polad Həşimov ön xətdə qəhrəmancasına şəhid olub.

Trend-in məlumatına görə, şəhidlə vida mərasimi üçün Qəbələ şəhərində yüzlərlə insan toplaşıb. Sakinlər əllərində Azərbaycan bayrağı şəhidi gözləyirlər.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında düşmən hücumunun qarşısını alarkən döyüşdə - polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti