...

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzun Əlibəyli kəndini atəşə tutub - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2020 12:04 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzun Əlibəyli kəndini atəşə tutub - Müdafiə Nazirliyi

Bakı. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti