...

Rusiyalı politoloq: Bakının Dağlıq Qarabağ münaqişəsində xarici döyüşçüləri cəlb etməsi barədə məlumatlar absurddur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 16:18 (UTC +04:00)
Rusiyalı politoloq: Bakının Dağlıq Qarabağ münaqişəsində xarici döyüşçüləri cəlb etməsi barədə məlumatlar absurddur

Bakı. Nərgiz Sadıxova - Trend:

Bakının Dağlıq Qarabağ münaqişəsində döyüşlərdə iştirak etmək üçün Suriya və Liviyadan döyüşçüləri cəlb etməsi barədə məlumatlar absurddur.

Trend-in məlumatına görə, bunu rusiyalı politoloq Andrey İvanov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında qarşıdurma döyüş meydanı ilə yanaşı, informasiya məkanında da davam edir:

“Məsələn, KİV-lərin tirajladığı guya Bakının Suriya və Liviyadan döyüşçülərin cəlb edilməsi. Əgər fikirləşsək, bu, absurddur. Azərbaycan yaxşı təchiz edilmiş və səfərbər olunmuş orduya malikdir. Nə ilə silahlandığı, kimə tabe olduğu məlum olmayan pərakəndə qruplaşmalarla təmas qurmaq nəyə lazımdır?”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti