Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)

Nazir MDB dövlətlərini Ermənistanın terror hücumlarını pisləməyə çağırıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun cavab verib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, MDB üzv dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının bu gün videokonfrans formatında keçirilən XXXIII iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin mülki əhalisinə qarşı raket və ağır artilleriya hücumları barədə məlumat verib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan və b. ölkələrin nazir və nazir müavinlərindən, əmək, məşğulluq, sosial müdafiə üzrə qurumlarının əməkdaşlarından, MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Beynəlxalq Əmək Təşkilatı, MDB Ümumhəmkarlar İttifaqları Konfederasiyası, MDB Dövlətlərarası Statistika Komitəsi və s. təşkilatların məsul şəxslərindən ibarət 60-a yaxın nümayəndə iştirak edib.

MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbay Smaqulovun giriş nitqindən sonra çıxış edən S.Babayev diqqətə çatdırıb ki, 30 ilə yaxındır BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribat törədib. Azərbaycanın hərbi birləşmələrinin mövqeləri, hətta cəbhədən uzaq, heç bir hərbi obyektin yerləşmədiyi yaşayış məntəqələri Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə, raket hücumlarına məruz qalıb.

Nazir bildirib ki, bütün beynəlxalq humanitar normaları tapdalayaraq Ermənistan silahlı qüvvələri mülki insanları hədəfə alıb. Təkcə 4, 11 və 17 oktyabr tarixlərində ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin cəbhədən uzaq Azərbaycan rayonlarına Ermənistan tərəfindən ağır artilleriya atəşləri, raket hücumları davam edir. Son iki gündə də Ermənistanın cəbhədən uzaq Bərdə rayonuna bir-birinin ardınca raket hücumları, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda içərisində azyaşlı uşaqlar, qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox şəxs yaralanıb.
Ümumən sentyabrın 27-dən Ermənistanın mülki əhalini, yaşayış məntəqələrimizi atəşə tutması, müharibə cinayətləri nəticəsində Azərbaycan tərəfindən 90 mülki şəxs həlak olub, 400-ə yaxın şəxs yaralanıb, ölkəmizin mülki infrastrukturuna ciddi ziyan dəyib.

S.Babayev bildirib ki, Azərbaycan ordusu təcavüzü dayandırmaq, mülki əhalini qorumaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur olub. Bu hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həyata keçirilir. Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunsa da, hər dəfə humanitar atəşkəsdən az sonra Ermənistan tərəfindən xaincəsinə, kobud şəkildə pozulub və Azərbaycanın yaşayış məntəqələrinə artilleriya zərbələri endirilməklə irimiqyaslı terrorlar törədilib.

“MDB üzvü olan dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı beynəlxalq humanitar prinsiplərə zidd vəhşi terror hücumlarını pisləməyə çağırırıq” deyə qeyd edən nazir vurğulayıb ki, 1 milyondan artıq azərbaycanlının məcburi köçkünə çevrilməsinə səbəb olan erməni işğalı nəticəsində yaranmış münaqişə ümumən bölgədə sosial inkişaf imkanlarını məhdudlaşdırır. Ermənistan-Azərbaycan münaqişəsi yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır.

Azərbaycanda son illərdə sosial və əmək sahəsində aparılan dərin islahatları qeyd edən S.Babayev COVID-19 pandemiyasının iş dünyasına təsirlərini diqqətə çatdırıb. O, son 28 ildə MDB ölkələrinin böyük siyasi və sosial-iqtisadi dəyişikliklər yolu keçdiyini deyib. Bildirib ki, məşğulluq, əmək, miqrasiya və sosial müdafiə məsələləri MDB ölkələri üçün getdikcə daha çox əhəmiyyət kəsb edir və bu, dövlətlərarası əməkdaşlığın inkişafını da şərtləndirir.

Ölkəmizin ötən bir il ərzində Məşvərət Şurasına sədrlik etdiyini deyən nazir bu ilin COVİD-19-la bağlı bütün problemlərinə və çətinliklərinə baxmayaraq, Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində inqilabi islahatların önündə olduğunu qeyd edib.

S.Babayev iclasın gündəliyindəki məsələlərin çoxunun həlli ilə bağlı konseptual yanaşmaları müəyyənləşdirməyin mümkün ola biləcəyini deyib. Hazırkı iclasın MDB ölkələrində sosial rifahın artırılması məsələlərində bu strukturun fəaliyyətinin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
İclas zamanı Ermənistan nazirinin Azərbaycanın guya atəşkəs rejimini pozması və s. barədə dezinformasiyalarına qarşı Azərbaycan tərəfi qətiyyətli və dolğun cavab verib.

Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanın
hər dəfə atəşkəsdən az sonra Azərbaycanın yaşayış məntəqələrinə xaincəsinə artilleriya zərbələri endirməklə mülki əhaliyə qarşı irimiqyaslı terrorlar törətdiyi, beynəlxalq humanitar hüquqları kobudcasına pozduğu diqqətə çatdırılıb. Bu terror hücumları nəticəsində həlak olanlar və yaralananlar, ölkəmizin mülki infrastrukturuna dəyən ciddi ziyanlar barədə ətraflı məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını ölkəmizin beynəlxalq səviyyədə tanınmış öz ərazilərində apardığı qeyd edilib. Döyüş meydanında aciz duruma düşən Ermənistanın Azərbaycanın mülki insanlarına qarşı aramsız terror hücumları etməklə müharibə cinayətləri törətdiyi, lakin Ermənistandan fərqli olaraq Azərbaycanın heç zaman mülki əhalini hədəfə almadığı vurğulanıb. Eyni zamanda, Ermənistanın xarici ölkələrdəki müxtəlif terror qruplaşmalarından 2 min terrorçunu Qarabağ bölgəsinə gətirərək, Azərbaycana qarşı müharibəyə cəlb etdiyinin də artıq məlum fakt olduğu diqqətə çatdırılıb.

Şuranın yeni sədri, Belarus Əmək və Sosial Müdafiə naziri İrina Kosteviç açılış nitqi edib. İclasın gündəliyi MDB üzv dövlətlərinin əmək və sosial sahədə əməkdaşlığının nəticələri və perspektivləri, yeni koronavirus infeksiyasının (COVID-19) yayılması nəzərə alınmaqla bu dövlətlərdə əmək və sosial sahədə mövcud vəziyyət və görülən tədbirlər, pandemiyanın nəticələrinin aradan qaldırılması və postpandemiya dövründə iş yerlərinin bərpası ilə bağlı nəzərdə tutulan tədbirlər, işaxtaran və işsiz vətəndaşlara xidmət göstərən müasir və effektiv rəqəmsal sistemlərin tətbiqi, əməyin mühafizəsi, təcrübə mübadilələri və s. məsələləri əhatə edir.

"Brent" markalı neftin qiyməti bahalaşıb
"Brent" markalı neftin qiyməti bahalaşıb
TANAP tam gücünə 2022-ci ildə çatacaq
TANAP tam gücünə 2022-ci ildə çatacaq
Bərpa olunan enerji sahəsində Azərbaycan-Britaniya əməkdaşlıq imkanları müzakirə edilib
Bərpa olunan enerji sahəsində Azərbaycan-Britaniya əməkdaşlıq imkanları müzakirə edilib
Loading Bars
Xəbər lenti
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri (MÜSAHİBƏ)
Müharibə bitsə də, Ermənistan hərbçiləri acınacaqlı vəziyyətdədir (VİDEO)
"Azəriqaz" Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin qaz borcuna güzəşt edəcək
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Seyran Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Vergi Məcəlləsində dəyişiklik edilib
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
AQTA sahibkarlara və istehlakçılara müraciət etdi
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı (ÖZƏL)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
KOBİA-nın səlahiyyəti artırılıb
Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib
Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı
Ermənistan Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb
Paşinyan mühafizəçilərinin sayını 4 dəfə artırıb, görüşlərə gizlin gedir: bundan o tərəfi varmı? - Şərh
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib (FOTO)
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir (VİDEO)
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında əsasnamədə dəyişiklik edilib
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Azərbaycan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib
8 kiloqrama yaxın heroin ələ keçirildi (FOTO/VİDEO)
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək
Qubada karantini pozan çayxana aşkar edilib (FOTO)
Ermənistandan tələb ediləcək kompensasiyanın məbləği kifayət qədər böyük olacaq - Deputat
Sabah hava yağmursuz keçəcək
Macarıstanda təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı
Azad olunmuş ərazilərdə 2000-dək ağac əkilib, növbəti aksiya Qubadlı və Cəbrayılda keçiriləcək - Nazir müavini (ÖZƏL)
Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib
İşğaldan azad olunmuş ərazilərin post-konflikt dövründə bərpa prosesi
Müəllim, şagird, valideynlər üçün onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb
Bir çox əcnəbi məhkum karantinə əməl edilməklə ölkəsinə təhvil verilib
Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib - Nazir
Paytaxtda mövsümi ağacəkmələr aparılır (FOTO)
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
Beynəlxalq təşkilatlar ermənilərin əsirlərə qarşı vəhşiliklərinə susurlar - Deputat
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı
Azad olunan ərazilərimizdəki dəhşətli mənzərə erməni vəhşiliyinin daha bir bariz nümunəsidir - Deputat
“AzerGold” istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək
Dövlətçilik tariximizin ən şərəfli səhifələri yazılır - Pərvin Kərimzadə
Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib
Azərbaycanda sahibkarlar banan yetişdirməyə başlayıb
Rusiyada koronavirusa yoluxma rekordu qeydə alındı
Kəlbəcər bizi gözləyir (FOTO)
“Ziraat Bank Azərbaycan”dan yeni “Səmərəli Əmanət”!
Bütün xəbərlər