...

BAKIDA NATO SEMİNARI ÖZ İŞİNƏ BAŞLAMIŞDI

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2005 14:00 (UTC +04:00)

İyunun 23-də "Cressent Bech" otelində NATO ilə əməkdaşlıq üzrə tədbirlər planına uyğun olaraq, Dövlət sərhəd xidmətinin təşkilatçılığı ilə "Sərhədlərin idarəolunması islahatı: Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində ümumi sərhəd təhlükəsizliyinin standartlarının yaradılması" mövzusunda seminar öz işinə başlamışdır. Trend agentliyi xəbər verir ki, "Sülh naminə tərəfdaşlığın" prinsiplərinə uyğun olaraq, iki gün davam edəcək seminarda 20-dən artıq ölkənin, o cümlədən Norveç, Belçika, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Avstriya, Finlyandiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İsrayil, Latviya, Moldova, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Qatar və Küveyt, Gürcüstan, eləcə də ATƏT, Avropa İttifaqı, Beynəəlxalq miqrasiya təşkilatı, Aralıq dənizi dialoqu ölkələri, Silahlı qüvvələr üzərində demokratik nəzarət mərkəzinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, iki gün davam edəcək seminar sərhəd təhlükəsizliyi və idarəçiliyi üzrə razılaşdırılmış və əlaqələndirilmiş yanaşmanı inkişaf etdirmək üçün NATO-nun təşəbbüsü ilə Qərbi Balkan ölkələrində başlanmış Ohrid prosessinin davamıdır. Seminar çərçivəsində birgə sərhəd idarəçiliyi, səmərəli sərhəd təhlükəsizliyi və sərhəd nəzarəti vasitəsilə terrorçuluğa, mütaşəkkil cinayətkarlığa, qeyri -qanuni miqrasiyaya qarşı mübarizənin aparılması və digər məsələr ətrafında müzakirələrin aparılması nəzərdə tutulmuşdur.

Seminarda çıxış edən Dövlət sərhəd xidmətinin rəisi, general-leytenant Elçin Quliyev seminarın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Azərbaycanın sərhəd xidmətinin 2001-ci ildən başlayaraq NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak etdiyini xatırladan E.Quüliyev, ötən dövr ərzində DSX-nın əməkdaşlarının 50-dən artfq seminar və konfranslarında iştirak etdiyini bildirmişdir. DSX-nın NATO ilə günğəgündaha da genişləndirdiyini qeyd edən E.Quliyev, bunun nəticəsi olaraq 2003-cü ilin martında Brüsseldə, NATO-nun mənzil-qərargəhında Azərbaycanın sərhəd xidmətinin təqdimatı keçirilmişdir. Hazırda Azərbaycanda böyük dünya miqyaslı layihələrin həyata keçirildiyini xatırladan E.Quliyev NATO ilə əmkdaşlığıın Azərbaycan üçün faydalı olacağını bildirmişdir. Tədbirdə çıxış edən Azərbaycan prezidentinin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığına hər zaman böyük önəm verdiyini qeyd edərək, bu seminarın ölkəmiz üçün faydalı olacağını vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti