Martın 10-da Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində keçiriləcək.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen və Piter Ki keçirəcək. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və İmre Palatinus keçirəcək.