...

Nazir: Ermənisan-Azərbaycan münaqişəsinin tərəfləri danışıqları davam etdirməlidirlər ki, mövqeləri üst-üstə düşsün

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2007 16:49 (UTC +04:00)
Nazir: Ermənisan-Azərbaycan münaqişəsinin tərəfləri danışıqları davam etdirməlidirlər ki, mövqeləri üst-üstə düşsün

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Ermənisan-Azərbaycan münaqişəsinin tərəfləri danışıqları davam etdirməlidirlər ki, mövqeləri üst-üstə düşsün. "ANS"in verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədayarov bu gün jurnalistlərə bəyan edib.

Mart ayının ortalarında Cenevrədə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşündən danışan Azərbaycan naziri qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri "bir daha görüşüb, bir daha mövqeləri dəqiqləşdirməyi" təklif ediblər ki, hazırda bu məsələ müzakirə olunur.

E.Məmmədyarov bildirib ki, beynəlxalq vasitəçilər Ermənistandakı parlament seçkilərinə qədər - may ayında xarici siyasət idarələri rəhbərlərinin bir dəfə də görüşməsini təklif edirlər. Seçkilərdən sonra bilavasitə danışıqların davam etdirilməsi üçün həmsədrlər daha bir görüşün keçirilməsini lazım biliblər, deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti