...

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda danışıqlar aparırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend C.Ağayeva/ Azərbaycan Xarici İşlər Nazirliyində cümə günü ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında danışıqlar başlayıb.

Qeyd edək ki, həmsədrlər Yuri Merzlyakov və Bernar Fasye Bakıya dünən axşam Yerevandan gəliblər.

Həmsədrlər hava limanında Ermənistan XİN başçısı Vardan Oskanyan və Ermənistan prezidenti Robert Köçəryanla apardıqları danışıqların təfərrüatlarını açıqlamayıblar. Fransalı həmsədr Fasye təkcə onu bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişatı Bakıda keçirilən müzakirələrdən asılı olacaq.

Səfər zamanı həmsədrlər həmçinin iyunun 10-da Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşünü müzakirə edəcəklər.

Bu gün həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti