...

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri çərşənbə günü və cümə axşamı müxtəlif saatlarda Ağdam rayonunun Cəvahirli, Başqərvənd, Şıxlar və Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, həmçinin Tərtərin Cerabert kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Son üç ay ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması intensivləşib. Bu müddət ərzində Azərbaycan Milli Ordusunun bir neçə əsgəri şəhid olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, son iki gündə atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb və düşmən cavab atəşi ilə susdurulub.

Ağdam paytaxt Bakıdan 375 kilometr, Tərtər 350 kilometr cənub-qərbdə, Goranboy isə 320 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti