...

Azərbaycan Prezidenti Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının rəhbərini "Şöhrət" ordeni ilə təltif edib

Siyasət Materials 17 Sentyabr 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Prezident sarayında Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinettini qəbul edib.

Dövlət başçısı sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunaraq, bunun Azərbaycanda idmanın inkişafına, bu sahədə beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcəyini deyib. Prezident Əliyev son illərdə Azərbaycanda idman infrastrukturunun sürətli inkişafı, onlarca yeni, bütün müasir standartlara cavab verən idman komplekslərinin inşa edilməsi barədə məlumat verib. Rafael Martinetti Azərbaycanda güləş üzrə keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini deyib və bu yarışın təşkilinə verdiyi dəstəyə görə, prezidentə minnətdarlığını bildirib. O, Azərbaycanda idmana göstərilən diqqəti yüksək qiymətləndirib və azərbaycanlı gənclərin, onların təhsilinin inkişafı istiqamətində görülən işləri maraqla izlədiyini deyib. Prezident Əliyev ,Azərbaycanda güləşin inkişafında və beynəlxalq əlaqələrin genişləndirilməsində xidmətlərinə görə, Martinettiyə "Şöhrət" ordeni təqdim edib. Rafael Martinetti bu ali mükafata layiq görülməkdən şərəf duyduğunu deyib.

Xəbər lenti

Xəbər lenti