...

Azərbaycan prezidenti Gəncənin mədəniyyət, təhsil və səhiyyə xadimlərini fəxri adlarla təltif edib

Siyasət Materials 19 Sentyabr 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Gəncə şəhərində mədəniyyətin, təhsilin və səhiyyənin inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Kəmalə Tağızadəyə "Azərbaycan Respublikasının əməkdar artisti", Mübariz Əkbərov və Şaiq Məmmədova "Azərbaycan Respublikasının əməkdar rəssamı", Faizə Hüseynova, Teyyub Məmmədzadə və Hüseyn Zahidova "Azərbaycan Respublikasının əməkdar müəllimi", Şamil Bədəlov, Namiq Nəbiyev, Nizami Nəcəfov və Mehman Rzayevə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adları verilib.

Xəbər lenti

Xəbər lenti