...

ADP sədri: "Müxalifət prezident seçkisində bir neçə namizədlə iştirak etməlidir"

Siyasət Materials 20 Oktyabr 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ Müxalifətin vahid namizəd ideyasını artıq gündəmdən çıxarmaq lazımdır. Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Gəln il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hər prezident seçkisində müxalifətin, iqtidara alternativ olaraq, seçkidə vahid namizədlə iştirak etməsi məsələsi ciddi müzakirə olunur. Lakin 1998-ci, 2003-cü il prezident seçkilərində müxalifət düşərgəsi bir neçə namizədlə iştirak etmişdi.

ADP sədri bildirib ki, 2008-ci il seçkilərində də müxalifətin bir neçə namizədlə iştirak etməsinə çalışmaq lazımdır. O, əlavə edib ki, "vahid namizəd" ideyasını faydalı hesab etmir və perspektivini də görmür.

Cəlaloğlu, həmçinin, bildirib ki, ADP-nin də təmsil olunduğu müxalifətin Məşvərət Məclisinin prezident seçkisində bir neçə namizədi ola bilər. Məsələn, artıq Müsavat Partiyası öz namizədi ilə iştirak edəcəyini açıqlayıb. ADP isə, bazar günü prezident seçkisində iştirakı barədə qərar çıxara bilər. Həmçinin, digər partiyaların da (AMİP, ASDP) özünün namizəd irəli sürəcəyi gözlənilir.

Məşvərət Məclisində Azərbaycan Naminə İctimai Forum, ADP, AMİP, ASDP, Tərəqqi, Müsavat partiyaları təmsil olunur.

Sağ təmayüllü mərkəzçi partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqeyində olub. Yanvarda partiyanın iqtidarla dialoq aparılması, loyal münasibət göstərilməsi barədə yeni siyasi kursu qəbul olunub.

Xəbər lenti

Xəbər lenti