...

Rəsmi Bakı Kürd Fəhlə Partiası ilə mübarizədə Türkiyəni dəstəkləyir

Siyasət Materials 22 Oktyabr 2007 14:57 (UTC +04:00)
Rəsmi Bakı Kürd Fəhlə Partiası ilə mübarizədə Türkiyəni dəstəkləyir

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan Kürd Fəhlə Partiası (KFP) ilə mübarizədə Türkiyəni dəstəkləyir. Bunu bazar ertəsi brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

"Azərbaycan və Türkiyə starateji tərəfdaş olan iki dost dövlətdirlər. Biz bir-birimizi istənilən qərar və fəaliyyətdə dəstəkləyirik",-deyə o söyləyib.

Onun sözlərinə görə, Türkiyə parlamentinin KFP-ya qarşı hərbi əməliyyatlara başlamaq haqqında qərarı Türkiyənin öz qərarıdır və regionda baş verən hadisələrin nəticəsidir. "KFP terror təşkilatıdır və Azərbaycan da terrordan əziyyət çəkən ölkə kimi Türkiyəni başa düşür və dəstəkləyir",-deyə XİN mətbuat katibi söyləyib.

Xəbər lenti

Xəbər lenti