...

Millət vəkili: "Ermənistan Azərbaycandakı alban qəbiristanlığını "erməni qəbirləri" kimi təqdim etməklə, öz cinayətlərini gizlətməyə çalışır"

Siyasət Materials 26 Oktyabr 2007 16:38 (UTC +04:00)
Millət vəkili: "Ermənistan Azərbaycandakı alban qəbiristanlığını "erməni qəbirləri" kimi təqdim etməklə, öz cinayətlərini gizlətməyə çalışır"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ermənistan Azərbaycanın Culfa rayonundakı alban qəbiristanlığını "erməni qəbirləri" kimi təqdim edərək və guya qəbirlərin dağıdıldığını iddia edərək, əslində, özünün cinayətlərini gizlətməyə çalışır. Bu fikirləri Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, AŞPA- nın Mədəniyyət, Təhsil və Elm Komitəsinin üzvü Rafael Hüseynov bildirib.

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan ötən gün jurnalistilərə açıqlamasında bildirib ki, "Əgər Azərbaycan tərəfi maneçilik törətməsə,YUNESKO-nun nümayəndələri mədəni abidələrin vəziyyətini araşdırmaq üçün Nacxçıvana səfər edəcəklər".

Rafael Hüseynov bildirib ki, Ermənistanın işğalı altında olan Azərbaycanın 20 faiz ərazisində 100 mindən çox mədəniyyət abidəsi, yüzlərlə qəbiristanlıq, yaşı l000-2000 illə ölçülən arxeoloji abiədlər ermənilər tərəfindən dağıdılıb, zəbt edilib. Hüseynov bildirib ki, onlar təkcə Azərbaycanın deyil, bütövlükdə dünya mədəni irsinin tərkib hissəsi olublar.

Həmçinin, indiki Ermənistan ərazisində 100 minlərlə azərbaycanlı tarixən yaşayıb və müxtəlif dövrlərdə öz yurdlarından deportasiya edilib. Hüseynov bildirib ki, Ermənistan ərazisində də azərbaycanlıların çoxlu sayda qəbiristanlıqları, məcsdiləri, ziyarətgahları, mədəni abədələri olub və ermənilər tərəfindən məhv edilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iki sənəd hazırlayaraq, Avropa Şurasına təqdim edib; sənədin biri Ermənistan ərazisində, digəri Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan mədəniyyət abidələrinin, qəbiristanlıqlarının dağıdılması faktlarını əks etdirib.

Millət vəkili əlavə edib ki, ermənilər xeyli müddətdir Naxçıvan MR Culfa rayonunun Gülüstan (keçmiş Cuğa kəndi) kəndindəki, əslində alban qəbirlərindən ibarət olan, qəbiristanlığın ermənilərə mənsub olması barədə məsələ qaldırırlar.

"İş ondadır ki, orada heç vaxt erməni izləri olmayıb. Ora qədim alban qəbiristanlığıdır. 1980-ci illərin sonlarında ermənilər Cuğada alban qəbirlərindən birinin daşını oğurlayaraq, Ermənistana Eçmiədzin kilsəsinə aparıblar. Həmin alban qəbir daşının şəklini çəkərək, erməni qəbri adı altında, neçə il bundan əvvəl ensiklopediyalarında çap etdiriblər"-deyə Hüseynov açıqlama verib.

Onun sözlərinə görə, əgər qəbiristanlıqdan daşın oğurlanması, dağıdılmasından söhbət gedirsə, bunu edən ermənilər özləri olub.

Hüseynov əlavə edib ki, Oskanyanın iddia etdiyi kimi, YUNESKO ekspertləri Azərbaycana gələrsə, bunun üçün, ilk növbədə, Azərbaycan hökumətinə müraciət etməli, razılıq almalıdırlar. O zaman Azərbaycan da qarşılıqlı şəkildə mütləq məsələ qaldıracaq: "Qəbiristanlıqların qayğısına qalmaq çox nəcib təşəbbüsdür və Azərbaycan bunu alqışlayır. Ancaq bu iş paralel şəkildə aparılmalı və əvvəlcə daha çox dağıntıya məruz qalan tərəfdən başlamaq lazımdır. Yəni, əvvəlcə Ermənistanda və işğal altında olan Qarabağda Azərbaycana məxsus abidələrin vəziyyəti araşdırılmalıdır"-deyən millət vəkili əlavə edib ki, YUNESKO konflikt olan bölgələrdə birtərəfli qaydada araşdırma apara bilməz.

Xəbər lenti

Xəbər lenti