Gürcüstan, Tbilisi / Trend , müxbir N. Kirtsxaliya/ Bu gün səhər patrul polisi Gürcüstanın Parlament binasının qarşısında Birlşmiş Müxalifətin keçirdiyi mitinqi dağıdıb.
Mitinqçilər və aclıq edənlərin qovulması zamanı etiraz aksiyasının təşkilatçılarından biri olan Gürcüstanın keçmiş dövlət naziri Giorgi Xaindrava saxlanılıb.
Mitinqin dağıdılma prosesinin çəkilişləri Gürcüstanın heç bir televiziya şirkətində yoxdur. Belə ki, ya kameralar götürülüb, ya da, onları sındırıblar. Mitinqçinin sözlərinə görə, səhər mintinq keçirilən yerə şəhər təmizləmə xidməti gəlib, sonra isə onları patrul xidməti əvəz edib. Mitinqçiləri onlar qovub.
Qeyri-rəsmi məlumata görə, rəhbərlik mitinqçilər və aclıq edənlərin qovulması addımını onların Parlament qarşısında 10 çadır qurmaq qərarından sonra atıblar.
Mitinqçilərin ifadəsinə görə, onlar hakimiyyəti "Dözümlülük"lə ələ almaq niyyətində olublar.