...

Azərbaycan Yolu Siyasi Hərəkatı Türkiyəyə dəstək mitinqi keçirəcək

Siyasət Materials 12 Noyabr 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/Azərbaycan Yolu Siyasi Hərəkatı PKK terror təşkilatının Türkiyədə törətdiyi terror aktlarına etiraz olaraq Türkiyəyə dəstək mitinqi keçirəcək. Bu barədə qərar Azərbaycan Yolu Siyasi Hərəkatının Koordinasiya Şurasının bazar ertəsi keçirilən toplantısında qəbul olunub.

Aksiyada ABŞ Konqresinin Nümayəndələr Palatasının Alt Komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə və bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına da etiraz bildiriləcək.

Aksiyanın yeri və dəqiq tarixi yaxın günlərdə müəyyənləşdiriləcək.

Müxalifətyönlü Azərbaycan Yolu Siyasi Hərəkatı 2004-cü ildə yaradılıb. Hərəkata Rusiya Ədliyyə Nazirliyinin generalı İlqar Qasımov rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti