...

"Trend" informasiya agentliyi növbəti dəfə KİV nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb (video)

Siyasət Materials 30 Noyabr 2007 23:51 (UTC +04:00)
"Trend" informasiya agentliyi növbəti dəfə KİV nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb (video)

Azərbaycan, Bakı / Trend / Özündə dörd informasiya agentliyini birləşdirən Trend özəl informasiya agentliyi cümə günü Azərbaycanın işgüzar jurnalı Consulting & Business-in "Kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2006-cı ilin nəticələrinə əsasən Trend həmçinin analoji nominasiyada ilin ən yaxşı şirkəti elan edilib.

Mükafat Bakıda "Gülüstan" sarayında şirkətin baş direktoru İlqar Hüseynova təqdim edilib. O öz çıxışında Trend in kollektivinə görülən işə görə minnətdarlığını bildirib və təşkilatçılara obyektivliyə görə öz təşəkkürünü ifadə edib.

Trend 1995-ci ildə Azərbaycanda yaradılıb. Şirkətin strukturunda dörd bölmə fəaliyyət göstərir:

- TREND NEWS beynəlxalq xəbərlər agentliyi - Azərbaycanla bağlı operativ məlumatları ötürən ən nüfuzlu agentlikdir. Agentliyin nəzdində beynəlxalq xəbərlər və Azərbaycan üzrə xəbərlər departamentləri fəaliyyət göstərir.

- TREND CAPITAL agentliyi - işgüzar məlumatlar üzrə ixtisaslaşır və Xəzər regionu ilə bağlı xəbərlər sahəsində liderlərdən biridir.

- TREND LIFE agentliyi -mədəniyyət, şou-biznes və sosial sahələrlə bağlı xəbərlər üzrə ixtisaslaşan Azərbaycanın yeganə resursudur.

- PHOTO TREND agentliyi müştərilərə peşəkar əməkdaşlar tərəfindən Azərbaycanla bağlı foto-video xəbərlərin geniş spektrini təklif edir.

Trend in müştəriləri arasında Azərbaycanın dövlət strukturları, yerli və xarici işgüzar dairələrinin nümayəndələri, habelə diplomatik missiyaların və ictimai qurumların təmsilçiləri var.

Xəbər lenti

Xəbər lenti